​Həbsdə olan “sabiq general”ın oğlu Novxanıda “at oynadır”: “Bizim olan bizim də qalacaq!”

Baxış sayı:
11035

Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış sabiq general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev Novxanıda “at oynadır”.

Bir müddət bundan öncə atasının Novxanıakı villasını hərrac yolu ilə 1 milyon 174 milyon manata alan Elgün Şıxəliyev, son bir aydır ki, bu villada yaxın qohum və dostlarına qonaqlıqlar verməkdə, ziyafətlər təşkil etməkdədir. Bu ziyafətlərin birində atasının həbsdən çıxacağını və əvvəlki gücünü bərpa edəcəyini bildirən Elgün Şıxəliyev, sahib olduqları əmlakları kimsəyə güzəştə getməyəcəklərini bildirib. O, qeyd edib ki, Novxanıdakı bu villanı hərrac yolu ilə alaraq yenidən əmlaklarının sırasına daxil etmək onun üçün şərəf işi olub. Elgün Şıxəliyev söyləyib ki, hansı yolla əldə edilməsindən asılı olmayaraq, onların kimsəyə nə isə vermək niyyətləri yoxdur. O, bildirib ki, “bizim olan bizim də qalacaq!”.
 
Bizneslərini genişləndirməkdə, yeni əlaqələr qurmaqda davam etdiyini bildirən Elgün Şıxəliyev atasını həbsdən çıxarmaq və düşmənlərlə hesablaşmaq üçün bütün gərəkli addımları atacağını vurğulayıb.
 
Xatırladaq ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev "general-mayor" rütbəsindən və dövlət təltiflərindən də məhrum olunub.

Muxalifet.az