FRANSANIN BİLMƏLİ OLDUĞU HƏQİQƏT… - Eldar Sabiroğlu: “Artıq hər şey qurtarıb”

Fransa Azərbaycana qarşı düşmənçiliyini davam etdirir. MQ-nun həmsədri olduğu dövrdən başlanan bu siyasəti indi daha ağır şərtlərlə Azərbaycan qarşı həyata keçirməyə çalışır. Görünür, ağlı hələ də 20-30 il əvvəlki Azərbaycanın gücünə dayanır.
Şah-Mat oyununu çoxdan zəfərlə bitirən, vaxtilə işğal olunmuş torpaqlarımızda indi dayanmadan quruculuq işləri aparan Azərbaycana yenidən "şah-mat" dərsi keçməsi gülünc və mənasız səslənir. Özünə hörmət edən heç bir dövlət bu cür həyasızlığa yol verməzdi ki, bunu Fransa prezidenti Makron(yan)etdi.
Görünür, iki erməni hökumət rəhbəri qol-boyun olaraq çoxdan tarixə dönmüş 44 günlük zəfər qələbəsini yaddaşlardan bu yolla silməyə çalışırlar. Ancaq hər şey qurtarıb. Bunu Fransa yaxşı bilməlidir.
Eldar SABİROĞLU,
Sabiq millət vəkili