Gədəbəydə sakinlərlə polis arasında qarşıdurma – QIZIL MƏDƏNİNİN QANUNSUZ FƏALİYYƏTİNƏ ETİRAZ EDƏN ƏHALİ POLİS DƏYƏNƏYİ İLƏ QARŞILANDI / Videolar

Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi sakinlərin ciddi narazılığına səbəb olub.
Hurriyyet.az xəbər verir ki, Söyüdlü kəndinin sakinləri hazırda qızıl mədəninin qanunsuz fəaliyyətinə qarşı akisya keçirməkdədirlər. Onlar zəhərli tullantıların kənd ərazisinə axıdılmasına etraz edirlər.
Bu haqda saytımıza məlumat verən sakinlərdən biri bildirir ki, indiyədək mədəndən axıdılan zəhərli sular xüsusi qazılmış xəndəkdə toplanırdı. Lakin xəndək dolduğundan, indi həmin tullantılar ətraf ərazilərə dağılır ki, bu da insanların sağlıq durumuna ciddi təhlükə yaradır.
Qeyd edək ki, sakinlərin problemin aradan qaldırılması ilə bağlı etiraz aksiyasına polis müdaxilə edib. Bu zaman tərəflər arasında qarşıdurma yarandığı bildirilir.
Hurriyyet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.