Xəyanətkarın milləti olmaz - FOTO

Baxış sayı:
2502

Avropada yaşayan, yaxından tanıdığım gənclərdən biri mənə video göndərdi. Dostumuz əslən azərbaycanlı olan, lakin vətəndən kənarda yaşayan bu şəxs haqqında müəyyən məlumatları da verdi. Verilən qısa xarekteriskadan məlum oldu ki, dövlətimizdən narazı olan şəxs Nizam Bagiyevdir.
Aldığımız bilgilər görə, N.Bagiyev Avropa ölkələrinin birində, konkret desək, İsveçrədə özünə “sığınacaq” tapıb.
Əlbəttə, kim harada yaşamaq istəyirsə, orada da yaşaya bilər. Çünki insan doğulduğu ölkəni özü təyin etməsə də, harda yaşayacağını özü təyin edə bilər. Hər bir azərbaycanlının da istənilən ölkədə yaşama hüququ var. Və bu, öz ölkəsinə və milətinə xəyanət etmədən olarsa, kimsə həmin şəxsə etiraz edə bilməz.
Açığı, N.Bagiyevin videosuna baxdıqca onun üz cizgilərində və gözlərinin dərinliklərində Azərbaycan dövlətinə və insanlarına nifrətin hansı həddə olduğunu görməmək mümkün deyil. Bəzən belələrinin videolarına baxdıqca fikirləşirəm ki, bunlar həqiqətən də insandır? Mən deyərdim ki, yox! Bunların bir adı var - vətən xaini!
Belə gəncləri gördükcə bir anlıq xəyala dalıram ki, Nizam kimiləri də bir ana dünyaya gətirib? Amma çox təəssüf ki, belələri doğulandan xəyanətkar dünyaya gəlib. Yoxsa Avropaya gedəndən sonra xalqa, millətə, dövlətə dövlətçiliyimizə düşmən kəsilməzdilər...
Qeyd etdiyim bu sifətləri özündə əks etdirən şəxs necə ola bilər ki, xain yetişib? Bunun bir səbəbi var. Düzgün tərbiyə olunmamaq. Əgər, uşaq formalaşanda valideyn onu Vətənə, millətə sevgi düşüncəsi ilə böyütsəydi, təbii, Nizam də normal insan olardı. Demək yerinə düşər ki, Nizam Bağiyev kimi gənclər Avropada çox olmasa da, var. Və saylarını kifayət qədər hesab etmək olar. Belə gəncləri Avropadan gətrib Azərbaycan qanunları ilə mühakimə edib cəzalandırmaq lazımdır. Cəzasını alandan sonra Bagiyev kimilərin vətənə sevgisi yaranar.
Mən şəxsən belələrinin Azərbaycana gətrilməsinin tərəfdarıyam. Təkcə Nizam deyil, onun valideynləri də belə övlad böyütdüyünə görə utanc hissi keçirməlidirlər.
P.S. Sonda onu da demək istəyirəm ki, aidiyyəti orqanların Azərbaycandan kənarda yaşayan belə gənclərin vətənimizə deportasiya olunmasına çalışıb, ölkəmizə dönüşünü təşkil etmələləri çox düzgün olardı. El arasında belə bir deyim var: “Xəyanətkarın milləti olmaz”.
Muxalifet.az