​Azərbaycan şirkətləri erməni mediasını necə maliyyələşdirir… - ŞOK FAKTLAR

Baxış sayı:
3970

Azərbaycan dövlətinin, eləcə də Prezident İlham Əliyev başda olmaqla əksər məmurların, deputatların əleyhinə gecə-gündüz qarayaxma kampaniyası aparan, onlara qarşı əsassız ittihamlar irəli sürən news.am saytının maliyyələşdirilməsində Azərbaycanın tanınmış tikinti holdinginin, eləcə də ölkəmizdə fəaliyyət göstərən əcnəbi şirkətin rolu üzə çıxıb.
Muxalifet.az xəbər verir ki, günlərdir news.am saytında Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “PMD Group MMC”-nin və “Bosh” şirkətinin reklamı yayılmaqdadır. Belə ki, “PMD Group MMC”-nin tikinti layihəsi olan “Cumush Residence”yə məxsus mənzillərin satışını təşkil etmək məqsədilə “1-ni alana 2-ci hədiyyə” kampaniyasından bəhs edən reklam sözügedən saytda bir neçə yerdə dərc olunub. Ən maraqlısı isə odur ki, bu saytda Ermənistan şirkətlərinə məxsus reklamlara demək olar, rast gəlinmir.
Saytda, eynilə “Bosh” şirkətinin paltaryuyan maşını da “Daha çox çamaşır üçün XXL həcm” adı altında reklam edilir.
Şübhəsiz, bu reklamların hər biri erməni saytına müəyyən qədər vəsait qazandırmaqdadır. Əlbəttə, çox güman ki, bu reklamlar yalnız Azərbaycan sərhədləri daxilində görünür və ermənilər üçün nəzərdə tutulmayıb. Lakin bütün hallarda news.am saytının büdcəsinə müyyən qədər vəsait daxil olduğu sirr deyil.
Digər tərəfdən, yəqin ki, istər “PMD Group MMC”, istər də “Bosh” şirkətinin erməni saytında reklam yerləşdirmək üçün qarşı tərəflə birbaşa əlaqəsi olmayıb. Lakin bir halda ki, burada söhbət erməni mediasını maliyyələşdirməkdən gedir, bütün hallarda hər iki şirkət, eləc də digər reklamverənlər öz məhsullarının Ermənistan media resurslarında yer almasına qarşı çıxmalı idilər.
Günlərdir bu reklamlar news.am-da yayılır və Azərbaycan şirkətləri bunun qarşısını almaqda maraqlı görünmürsə, deməli, burada məqsəd dolayı yollarla erməni mediasını maliyyələşdirməkdir.






Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.