SENSASİON İDDİA - Ukrayna 4 ölkə arasında bölünəcək

Baxış sayı:
3249

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bugünkü Ukrayna ərazisinin böyük hissəsinin Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü yeni Avropa xəritəsini paylaşıb.

Rusiya KİV-ləri xəbər verir ki, Medvedev iki foto paylaşaraq onları şərh edib.

“Psixotrop maddələrdən təsirlənən Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlanır”- deyə Dmitri Medvedev birinci şəklə işarə vurub.

Medvedevin göstərdiyi ikinci xəritəyə belə şərh yazıb: “Qərb ekspertləri əslində belə olacağını düşünürlər. Burada Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür".