"RUSİYA BU ƏRAZİMİZİ DƏ İLHAQ ETMƏK İSTƏYİR" - Gürcüstan prezidenti beynəlxalq ictimaiyyətə çağırış etdi
26-07-2022 17:43
Baxış sayı:
3444

Rusiya qondarma “Abxaziya Respublikası” ilə razılaşma yolu ilə Gürcüstanın Bişvinta kurortunun bir hissəsini əldə etmək niyyətindədir. Bu cür niyyətlər Kremlin ilhaqının başqa bir formasıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” səhifəsində yazıb.
“Bizim Bişvintada gördüklərimiz Gürcüstan ərazisinin Rusiya tərəfindən ilhaqının bir formasıdır. Bu hadisələrə insanların kəskin reaksiyasını görürük. Bu, davamlı işğalın nəticəsidir. Mən bunu qəti şəkildə pisləyirəm və beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə çağırıram”, - deyə o, vurğulayıb.