Avropa İttifaqına sədrlik bu ölkəyə keçdi... - İLK DƏFƏ
1-01-2020 11:15
Baxış sayı:
2955
Yanvarın 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib.
Qeyd edək ki, rəsmi Zaqreb bu quruma ilk dəfə sədrlik edəcək.
Xorvatiya 6 ay - iyunun 30-dək Aİ Şurasının sədri olacağı müddət ərzində prioritetlərini inkişaf edən, birləşdirən, qoruyan və təsir edən Avropa şəklində ifadə edib. Təbii ki, əsas hədəflər arasında Aİ-nin genişləndirmə siyasətinin davam etdirilməsi də var.
Eyni zamanda iyun ayında Xorvatiyanın sədrliyi dövründə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün keçirilməsi də nəzərdə tutulub.