Türkiyədə azərbaycanlı biznesmen maaşları vermədən QAÇDI - İŞÇİLƏR POLİSƏ ŞİKAYƏT ETDİ

Baxış sayı:
20299

Türkiyənin Ədirnə şəhərində azərbaycanlı biznesmenin işçilərinin iki aylıq maaşını vermədən qaçdığı iddia edilir.
İddiaya görə, şəhərdə 130 nəfərin işlədiyi 3 il fəaliyyət göstərmiş tekstil fabrikinin azərbaycanlı sahibi S.K. iki gün bundan əvvəl iş günü bitdikdən sonra bütün avadanlığı və texnikanı tırlara yükləyərək qaçıb.
O, işçilərinə həftəsonu istirahət verdiyini və axşam saatlarında maaşlarını hesablarına yatıracağını deyib. Səhər gəldikləri zaman fabriki boş görən işçilər iki ay maaşlarını almadıqları üçün polisə şikayət ediblər.//Hurriyyet.org