Polis şöbəsində izahat verən qadın xəstəxanalıq oldu - MİNGƏÇEVİRDƏ

Baxış sayı:
4012

Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.
APA-nın Mingəçevir  bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü  şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib.
Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.