BMT iclasında Böyük Britaniya və Rusiya nümayəndələri arasında "sözlü münaqişə" baş verdi

Baxış sayı:
10757

Böyük Britaniyanın BMT-də daimi təmsilçisi Karen Pierce Qərbi terrora dəstək verməkdə günahlandıran Suriya rejimi və Rusiyanı sərt şəkildə tənqid edərək, bu “qaralama” aksiyası davam edərsə qanuni yollara əl atacaqları barədə xəbərdarlıq etdi. BMT-nin Təhlükəsizlik Şurasına noyabr ayında rəhbərlik edən Karen Pierce Suriya rejimini və Rusiyanı “dinc sakinlərə qarşı hava zərbələri, xəstəxanaları bombalama və insan hüquqlarını pozmaqda” ittiham etdi.
Muxalifet.az 
bu barədə "Haber 7"-ə istinadla bildirir.

Pierce-in ittihamlarına cavab verən Rusiya və Suriya təmsilçiləri Qərbi “terrorçulara dəstək verməkdə” günahlandırdı.
Rusiyanın BMT-də daimi təmsilçisi köməkçisi Dmitri Polyanski, “Cenevrədə müzakirələrdə iştirak edənlərin müxalifət, Suriyada döyüşənlərin isə terrorçu” olduğunu əsas gətirərək, “terrorçuların qeyri-sərt müxaliflər” olaraq göstərilməməsinin lazım olduğunu dedi.
Təkrar çıxış icazəsi alan ingilis təmsilçisi Pierce isə, Rusiya və Suriyanın “Qərbin terrora şərait yaratdığı” iddidalarını rədd edərək, “Qərbə yönəlmiş hücumlar bizi terrora dəstək verən yaxud onların tərəfində olduğumuz görüntüsünü yaratmağa məcburdur. Biz BMT-nin Suriyada sülhə nail olması üçün çalışırıq, humanitar yardımlar üçün vəsait veririk. Bu hücumlara layiq deyilik. Təhlükəsizlik Şurasından kənarda bu tipli bəyanatlar olarsa, qanuni yollara əl atılacaq. Bütün bunlar qaralama kampaniyasıdır və doğru deyil”, deyə bildirdi.         
Muxalifet.az