Ermənistan ordusunda İTKİ: 2 ölü, 5 yaralı
3-08-2019 12:58
Baxış sayı:
2659
Ermənistanda Yerevan-Meğri avtomobil yolunun 204-cü kilometrliyində “Lexus” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-si hərbçi olmaqla 5 nəfər yaralanıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralıların kimliyi barədə məlumat gecə yayılıb.
Bildirilib ki, “Lexus”dakı 3 yaşlı uşaq və Anqeqahot kəndinin adı hələlik məlum olmayan sakini ölüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, "VAZ 2106"nın sürücüsü və sərnişin Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir.