Niyə BRİKS ölkələrinin Türkiyəyə ehtiyacı var?

Baxış sayı:
2323

Türkiyəsiz Mərkəzi Asiyada böyük iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı siyasətçi Vladimir Bruter söyləyib.
Bruter Ankaranın BRİKS-də iştirakının həm ittifaq, həm də Türkiyənin özü üçün maraqlı ola biləcəyini qeyd edib:
"Bu gün Türkiyə ən böyük regional gücdür. Əgər Prezident Rəcəb Tayyib Ərdoğanın niyyəti həqiqətən ciddidirsə, BRİKS bu məsələni ən qısa müddətdə nəzərdən keçirməli və müsbət qərar verməlidir".
Qeyd edək ki, Ərdoğan Türkiyənin BRİKS-ə qəbul edilməsi ilə bağlı müraciət edib.