“​Ən qısa müddətdə İranla keçid məntəqəsi qapanmalıdır”

Baxış sayı:
2289

““Brent” markalı neftin 1 barelinin qiyməti 52.87 dollar oldu. Koronavirus Azərbaycanı mühasirəyə alır. Dairə daralır, blokadaya düşürük”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib.
Q. İbadoğlu qeyd edib ki, Azərbaycan İranla Rusiya və Gürcüstan arasında tranzit ölkədir: “Əgər bizim bölgədə virusun mənbəyi İran, yayılma kanalı Azərbaycan olacaqsa, onda qərbdən Gürcüstan, şimaldan isə Rusiya sərhəd qapılarını bizim üzümüzə bağlayacaq”.
Ən qısa müddətdə İranla Azərbaycan arasında keçid məntəqəsinin qapanmasını  vacib hesab edən Q. İbadoğlu deyib ki, yalnız geri dönən Azərbaycan vətəndaşları müayinədən keçəndən sonra ölkəyə buraxılmalıdır: “Yoxsa, İrana bütün qonşu dövlətlər sərhəd qapılarıni bağladığı halda, yalnız Azərbaycanın sərhəd qapısını açıq saxladığı üçün İrandan qaçmaq istəyənlər hamısı bu qapıdan Azərbaycana, oradan da üçüncü ölkəyə gedəcəklər və özləri ilə virusu da Azərbaycana və baqşa ölkələrə daşıyacaqlar. Belə olan halda, Gürcüstan və Rusiya Azərbaycanla sərhəd qapılarını bağlayanda arzuolunmaz blokadaya düşürük. Bunu görmək çətin deyil”.