Məşhur müğənni xəstəxanaya düşdü
16-01-2015 14:12

Ajda Pekkanın ürəyində yenidən problem yaranıb
Türkiyənin ən məşhur sənətçilərindən biri olan Ajda Pekkanın səhəttində yenidən problem yaranıb. Belə ki, o, ötən gün özünü pis hiss edib. Köməkçisi müğənnini dərhal xəstəxanaya çatdırıb.
Super star sinə ağrısı ilə getdiyi xəstəxanada təpədən dırnağa kimi müayinədən keçib. Həkimlər onun ürək döyüntülərində ritminin pozulmasını aşkarlayıblar.
Bir çox analizdən, yoxlamalardan keçən müğənni evə buraxılıb.
Pekkanın ürəyi ilə bağlı problemi yeni deyil. Belə ki, onun ürək damarlarında daralma var. Sənətçinin ürəyinə 3 stend taxılıb.