Məşhur aktyor 1 kq un payladı, əksəriyyət bu yardımdan imtina etdi - HƏR KƏS UNUN İÇƏRİSİNDƏ NƏ OLDUĞUNDAN XƏBƏRSİZDİ / Foto

Baxış sayı:
5560

Bollivud ulduzu Aamir Khan koronavirus səbəbilə tətbiq edilən karantin rejimində işsiz və ac qalan vətəndaşlara fərqli üsulla yardım edib.

Belə ki, o, sosial vəziyyəti aşağı olan insanları müəyyənləşdirmək üçün hər kəsə 1 kiloqram un paylayacağını açıqlayıb. Lakin yardımın az olduğunu bildirən şəxslər bundan imtina ediblər.

Əsl yardıma ehtiyacı olanlar isə unun içərisində onlar üçün əlavə ayrılan 15 min rupi (təxminən 335 manat) görüblər.

Aktyor mövzu barədə “həqiqətən də yardıma ehtiyacı olanlara köməklik edildi”,- deyə açıqlama verib.