Moskva əlində "İŞİD" kartını necə oynadır

Baxış sayı:
21072

"inosmi.ru"
Öz məqsədinə çatmaq, Suriyanın şimal – şərqində “Azad Suriya Ordusu” üçün dəhliz yaratmaq üçün Ərdoğan administrasiyası bu taktikanı tətbiq edir: həm ABŞ, həm Rusiya ilə danışıqlar aparıb ortaq məxrəci tapmaq; birini digəri üçün sövdələşmə obyekti kimi istifadə edərək, hər iki tərəfdən özünə lazım olan güzəştləri qorartmaq.
ABŞ kimi Rusiya da Türkiyənin çəkisini yaxşı anlayır və bilir ki, Ankaranı rəqib tərəfə itələmək nəyə başa gələcək. Buna görə də onlar Ərdoğanın bu “neoəbdülhəmid” siyasətinə ciddi şəkildə etirazlarını bildirməyiblər.  Amma situasiya tədricən mürəkkəbləşir.

Pis diplomatiyanın yaxşı nümunəsi
Bu taktika çərçivəsində Ərdoğan ABŞ və Rusiya ilə danışıqların ikinci raundu ərəfəsində yeni güzəştlər almaq üçün növbəti gediş edir: onların hər ikisini “öhdəliklərin yerinə yetirilmədiyində ittiham etdi”.
Əvvəlcə bunu Türkiyə XİN Mövlud Çavuşoğlu,”ABŞ və Rusiya razılaşdırılmış öhdəliklərini yerinə yetirmədi və biz əməliyyatı yenidən başlaya bilərik”, dedi.
Sonra Türkiyə pezidentinin mətbuat katibi İbrahim Kalın belə bəyanat verdi: “Biz ABŞ və Rusiyanı razılaşmalar çərçivəsində zəruri olanları yerinə yetirməyə çağırırıq”.
Bu dueti müdafiə naziri Hulusi Akar, “ Suriyada gərəkli tədbirləri görün”, siqnalı verərək tamamladı.
Ankara tərəfləri eynişeydə ittiham etdi. Buna cavab olaraq Rusiya MN-dən Konaşenkov, sonra isə Lavrov rəsmi şəkildə Türkiyədən gələn bəyanatlara etirazını bildirdi və “Türkiyə Suriyadakı əməliyyatları yenidən başlamayacağını vəd etmişdi” dedi.
Ümid edək ki, Ankaranın bu Rusiyanı ABŞ-a qarşı, ABŞ-ı isə Rusiyaya qarşı istifadə etmək siyasəti həmişə işləyəcək və ölkənin əleyhinə çevrilməyəcək.
Axı nə zaman AKP bu metoda əl atırsa, Moskva Ankaranı hədəf alan “İŞİD” dosyesi haqda bəyanat verir. Rusiya təyyarəsinin vurulması insidentindən sonra “İŞİD” dosyesi münasibətlərin normallaşması ilə “qara qutu”ya qoyuldu, amma təəssüf ki, xarici siyasətdə hələ də vacib kozır kimi ruslar əlində saxlayır. Bu iki ölkənin reaksiyası özünü çox gözlətmədi: həm ABŞ, həm Rusiya AKP-yə bu dosye ilə təzyiq etməyə qərar verdilər.
Əvvəlcə Pentaqonun Tramı da hədəf alan məruzəsi dərc olundu. ABŞ müdafiə nazirliyinin kəşfiyyat idarəsinin analizinə görə, “Trampın da yaşıl işıq yandırdığı Türkiyənin Suriyanın şimal-şərqində əməliyyatı və amerikalı hərbçilərin döyüş bölgəsindən çıxarılması İŞİD-ə öz resurs və imkanlarını bərpa etməyə, xaricdə terror aktlarının planlaşdırılması potensialının möhkəmləndirilməsinə şərait yaratdı”. Görünür ki, ABŞ-ın “İŞİD”- i rahat düşmən kimi istifadə etməsi dünyanın gözündə elə də əhəmiyyətli deyildi. İş orasındadır ki, Rusiya da Pentaqonla eyni qiyməti verdi.

Rusiya Əsəd ilə əməkdaşlığa işarə verir             
Rusiya XİN müavini Oleq Sırmolotov xəbərdarlıq etdi: “Suriyada Türkiyənin apardığı əməliyyatdan sonra canını qurtaran İŞİD döyüşçüləri yenidən fəaliyyətini bərpa edə bilər”.
Yaxşı, bəs elə isə təhlükə necə dəf oluna bilər? Sırmolotov davam edir: “Bu təhlükənin və İŞİD-in canlanmasının qarşısını almaq üçün regionda döyüşlərin dayandırılması, həmçinin Suriyanın ərazi bütünlüyünə və suverenliyinə çalışmaq lazımdır”.
Yəni Moskva dolayı yolla Çavuşoğluya deyir: ”Siz əməliyyatlara davam edə bilməzsiniz”,-  və yenidən Əsədlə əməkdaşlığın vacibliyini diqqətə çatdırır.  
Təəssüf ki, "Əsəd əleyhinə düşmənçilik" kimi bir yanlışlığa, daha bir səhv - "ABŞ və Rusiyanı bir daraq altına almaq” edildi.   

Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az