“Mənə yanvarda ölkəni tərk etməyi təklif etdilər” – QAZAXISTAN PREZİDENTİ

Baxış sayı:
6040

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qanlı Yanvar hadisələri zamanı Nur-Sultandakı iqamətgahında olduğunu bildirib, baxmayaraq ki, həmin vaxt ona ölkəni tez bir zamanda tərk etmək tövsiyə olunub.
Muxalifet.az
xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Bütün çevrilişlərin məqsədi başqa insanların hakimiyyətə gəlməsidir. Mənə gəlincə, bütün bu günlər ərzində burada, prezident iqamətgahının binasında olmuşam, heç yerə getməmişəm. Üstəlik, təbii ki, burada gecələdim”, - Tokayev bildirib.
Qazaxıstan prezidenti bildirib ki, iğtişaşlar başlayanda onun ölkəni və ya paytaxtı tərk etmək fikri olmayıb.
“Bəzi “yoldaşlar” mənə ya helikopterə, ya da təyyarəyə minib Qazaxıstanı tərk etməyi təklif etdilər. Təbii ki, mən bunu heç bir şəkildə planlaşdırmadım və inanırdım ki, sona qədər burada olmalıyam”, - deyə dövlət başçısı izah edib.