Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA

Baxış sayı:
3667

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədən kənar seçkilərdə bir sıra “supriz” insanların da qatılacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib: “Bəli, İnşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) nazmizədliyimi irəli sürərsə, mən namizədliyimi verə bilərəm. Bu barədə danışmaq hələlik tezdir. Cənab prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”. YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz sualına isə M.Mərdanov “İnşallah. Allah qoysa...” cavabını verib.