ON MİNLƏRLƏ HƏRBÇİ, MİNLƏRLƏ ZİREHLİ DÖYÜŞ MAŞINI, YÜZLƏRLƏ DRON... - Rusiyanın Ukraynadakı itkilərinin yeni siyahısı
3-06-2022 10:53
Baxış sayı:
1222

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 950 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 367 ədəd tankı, 3 366 ədəd zirehli döyüş maşını, 675 ədəd artilleriya sistemi, 210 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 2 329 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 535 ədəd dronu, 121 qanadlı raket və 51 ədəd xüsusi texnikası məhv edilib.