​Maştağada 17 yaşlı oğlan İNTİHAR ETDİ

Maştağada intihar olub.
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Daş Karxanası adlanan ərazidə yaşayan 2000-ci il təvəllüdlü Kənan Bahəddin oğlu Ağayev evində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.