Masallı sakini Bakıda odlu silahla yaxalandı
22-11-2019 23:03
Baxış sayı:
6975
Paytaxtda silahlı şəxs yaxalanıb. Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Polisə rayon ərazisində silahlı şəxsin olması barədə məlumat daxil olandan sonra ərazidə əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində Yasamal rayonu, İnşaatçılar prospekti 36 saylı binanın qarşısında Masallı rayonu, Mollaoba kənd sakini, 1975-ci il təvəllüdlü Əliyev Famil Xanəli oğlu saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 12 kalibrli, qundağı və lüləsi kəsilmiş İJB-47 model qoşalülə ov silahı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.