Lukaşenko: Belarus heç vaxt Rusiyaya birləşməyəcək

Baxış sayı:
16474

Belarus heç vaxt digər dövlətin, hətta qardaş Rusiyanın belə tərkibinə daxil olmayacaq.

Virtualaz.org BelTA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentarilərlə görüşündə deyib.

O, hazırda Belarus və Rusiyanın vahid parlamentin yaradılmasını müzakirə etmədiklərini bildirib.

A.Lukaşenko qeyd edib ki, Rusiya Belarusun strateji tərəfdaşıdır və iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri zamanın sınağından keçib.