Lənkəran polisinə yeni rəis təyin olundu - Nazirdən əmr - Foto

Baxış sayı:
7993

Ləkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə gətirilib. Yeni rəis – Fəqan Azadəliyev 1978-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər DİN BMCMİ-də işləyib, daha sonra isə Yardımlı və Göranboy rayon polis şöbələrinin rəisi vəzifələrini tutub.