Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalına aparılıb

Baxış sayı:
6258

Oktyabrın 19-da metronun «28 May» stansiyasının önündə müxalifətin icazəsiz mitinq  cəhdinin qarşısı alınarkən polis tərəfindən saxlanılan aksiya iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədri Əli Kərimli də olub.

Virtualaz.org-un məlumatına görə, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb.

AXCP sədri Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb.