Lavrov İraqa gedir

Baxış sayı:
15106

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İraqa rəsmi səfər edəcək.

Lavrov gələn ay Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi təmsilçisi Mixail Boqdanov ilə birlikdə Bağdada gedəcək.

Səfərin məqsədi iki ölkə arasındakı qarşılıqlı etibarlılıq təməlinə dayanıqlı münasibətlərin hər sahədə inkişafına fayda təmin etməkdir. Daha sonra İraqın prezidenti, baş naziri və parlament sədri Rusiyaya dəvət ediləcək.