KXCP ƏBÜLFƏZ ELÇİBƏYİ ZİYARƏT EDƏCƏK - 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə

Baxış sayı:
2516

Dünən Klassik Xalq Cəbhəsi Partiyası  İdarə Heyətinin  növbəti yığıncağı keçirilmişdir. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, yığıncaqda qərarların icra vəziyyəti, ictimai - siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilmişdir.
KXCP İdarə Heyəti Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi İstiqlal küçəsində vaş verən terror hadisəsi nəticəsində şəhid olanların ailə üzvlərinə  və  yaxınlarına, Türkiyə dövlətinə,  qardaş Türk xalqına dərin hüznlə baş sağlığı verir, yaralılara  təcili şəfa diləyir.
KXCP bir daha terroru qətiyyətlə pislədiyini  bəyan edir.
KXCP İdarə Heyəti 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə saat 12:00-da  Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət etməklə bağlı qərar qəbul edib.
KXCP İdarə Heyəti, ölkədəki  gərgin sosial iqtisadi vəziyyətlə bağlı bəyanat qəbul edib. 
KXCP İdarə Heyəti, faşist rus ordusunun rəhbərliyi ilə  Ermənistan  silahlı qüvvələrinin Qarabağda Kəlbəcər  rayon  ərazisini  atəşə tutmasını qətiyyətlə pisləyir.     
KXCP İdarə Heyəti, Tərtər işinin istintaqını müzakirə edərək,  bir daha  nəticələrin qeyri - qənaətbəxş olduğunu qeyd etdi.
KXCP İdarə Heyəti, Tehran fars - şovinist anti - islam  cümhuriyyəti  rejiminin  dinc əhaliyə qarşı  vəhşilik  və  edamlarla   müşaiyət olunan  soyqırımı bir daha qətiyyətlə pisləyir.
KXCP İdarə Heyəti, Ukraynadakı son vəziyyəti  müzakirə edərək qəhrəman Ukrayna ordusunun Xerson şəhərini faşist rus ordusundan azad etməyi münasibəti ilə dost Ukrayna xalqını və Ukrayna dövlətini  təbrik edir.
KXCP, Ukrayna xalqının və Ukrayna dövlətinin  rus işğalına qarşı  mübarizəsini dəstəklədiyini bir daha bəyan edir.
Muxalifet.az