​Kolumbiyada DƏHŞƏTLİ PARTLAYIŞ: ölən və yaralananlar var - VİDEO/YENİLƏNDİ

Baxış sayı:
6073

Kolumbiyanın paytaxı Boqotada törədilən partlayışda yaralananların sayı 87 nəfərə çatıb.
Yaralılardan 79-u xəstəxanalara çatdırılıb. Bildirilir ki, partlayışda ölənlərin sayı 11 nəfərə çatıb.
Hakimiyyət orqanları ölənlərdən 4-nün şəxsiyyətini müəyyənləşdirə biliblər. Onlardan biri ekvadorlu qadındır. Digər 3 nəfər isə kolumbiyalıdır. Hadisəni Xose Aldemar Rohas Rodriqes törədib. Hüquq-mühafizə orqanları onun fotosunu yayıblar.

***
Kolumbiyada partlayış törədilib.
Hadisə paytaxtda törədilib. Avtomobilin partladılması nəticəsində azı 8 nəfər həlak olub.
İlkin məlumata görə, hadisə Boqotadakı Polis Akademiyasının yaxınlığında törədilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb edilib.
Yaralıların sayı dəqiqləşdirilir.