​Köçəryanın həbs müddəti uzadıldı

Baxış sayı:
8134

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddəti uzadılıb.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Köçəryanın vəkili Aram Orbelian deyib.
“Məhkəmə onun həbs müddətinin 2 ay müddətinə uzadılması barədə qərar verdi. Əlbəttə, biz hesab edirik bu qərar ölkəmizin qanunları ilə ziddiyyət təşkil edir”, - deyə vəkil bildirib.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.
Ötən ilin 27 iyulunda sabiq prezidentin həbsi barədə qərar verilib.