​İyunun 5-i təqvimə önəmli gün kimi düşə bilər

Baxış sayı:
2809

İyun ayının 5-nin Urmu gölü günü kimi qəbul olunması təklif olunur. Biz bu təşəbbüsü müsbət hesab edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri tanınmış güneyli milli-mədəni fəal Abbas Lisani Urmu gölünün adına bir gün təyin olunması ilə bağlı keçirilən imzatoplama kampaniyası haqda deyib.
“Bu gölün qurumasına səbəb olan şəxs və orqanlardan nəsə gözləmək yanlış və mənasızdır. Buna baxmayaraq, mətnin millət və millətçilərə söykənən hissəsini alqışlayaraq, kampaniyanın bundan əvvəlki bəzi kampaniyalar kimi yalnız virtual aləmlə məhdudlaşmayacağına və iyunun 5-nin Urmu gölü günü kimi qəbul olunacağına ümid edirik. Düşünürük ki, bu gün milli gün kimi millətin dəstəyi ilə təqvimə düşəcək”, - Abbas Lisani bildirib.