“İstəsələr, ABŞ hərbçilərinin yerini tuta bilərik!” - İraqda 17 min nəfərin qətlində əli olan “Blackwater”

Baxış sayı:
7924

İraq müharibəsində iştirak edən və əməlləri ilə etirazlar doğuran, Amerikanın ən böyük muzdlu təhlükəsizlik şirkətlərindən biri olan, əvvəllər “Blackwater” indi isə “Akademi” adlandırılan qurumun sahibi Erik Prins tələb olarsa, Suriyanı tərk edəcək Amerika hərbçilərinin yerini ala biləcəklərini söyləyib. “Muzdlu ordu” fikrinə etiraz edən keçmiş müdafiə naziri Cim Mattisin istefasının “Akademi”yə sərf edəcəyi barədə fikirlər səslənir. Erik Prins Trampa yaxın olan “Foks Biznes” (Fox Business) kanalına müsahibəsində ABŞ hərbçilərinin Suriyanı tərk eləməsindən sonra yaradılacaq boşluğun şirkətin döyüşçüləri ilə doldurula biləcəyini, bununla da ABŞ-ın üzərindən böyük maliyyə yükünün qaldırıla biləcəyini söyləyib və deyib: “ABŞ-ın Suriyada uzun müddət qalmaq kimi öhdəliyi yoxdur. Bununla yanaşı, meydandakı müttəfiqlərimizi tək buraxmağın yaxşı olmadığını düşünürəm”. ABŞ mətbuatı müttəfiq dedikdə, Prinsin PKK terror təşkilatı YPG-nin Suriyadakı qolu YPG-ni nəzərdə tutduğunu yazıb. İddialara görə, “Blackwater” özəl mühafizə şirkətinin qurucusu Prins seçki dövründə Trampın kampaniyasına 250 min dollar yardım edib. Erik Prinsin bacısı Elizabet Betsi Devos isə 2017-ci ilin fevralından, yəni Donald Tramp hakimiyyətə gələndən bəri ABŞ-ın təhsil naziri postunu tutub. Prins özü isə vitse-prezident (2017-ci il yanvarın 20-dən etibarən bu postda olan) Mayk Pensin dostudur. Dünyanın ən böyük özəl hərbi təlim müəssisəsi Keçmiş ABŞ hərbçisi olan Erik Prins tərəfindən 1997-ci ildə qurulan “Blackwater” (“Bləkvotə” – “qara su” deməkdir) şirkəti, Şimali Karolinada 28 min kvadratmetlik sahədə inşa edilib, dünyanın ən böyük hərbi təlim müəssisəsidir. Bu müəssisədə təlim keçmiş təqribən 20 min nəfərə yaxın muzdlu döyüşçünün İraq və Əfqanıstan müharibələrinə göndərdiyi bəllidir. Rus muzdlular artıq çoxdan Suriyadadırlar İlk dəfə Ukrayna böhranı zamanı, 2014-cü ildə meydana çıxmış “Vaqner”in Suriyadakı izləri Rusiyanın 2015-ci il sentyabrın 15-də ölkəyə müdaxilə eləməsindən sonra ortaya çıxmağa başlamışdı. Suriyada 3 min nəfərə yaxın Vaqner döyüşçüsünün olduğu güman edilir. Qeyri-rəsmi silahlı qruplaşma çox vaxt mətbuatda özəl hərbi şirkət kimi təqdim olunur. “Vaqner” döyüşçüləri Rusiya bayrağı daşımırlar, onlar öldükləri zaman Rusiya bu adamların adlarını öz rəsmi itkiləri siyahısında bəyan eləmir. Ukrayna böhranına müdaxilə elədiyi üçün 2017-ci ildə “Vaqner” şirkəti ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı sanksiyaları siyahısına salınmışdı. Bağdad soyqırımı unudulmayacaq ABŞ ordusu ilə İraqda xidmət edən “Blackwater” döyüşçüləri 2007-ci ildə Bağdadda soyqırımı edərək 17 min nəfər dinc sakini qətlə yetirmişdi. Görüntülər ortaya çıxan qətliamdan sonra İraq müharibə meydanından çəkilən “Blackwater” imicini dəyişdirməyə çalışaraq, “Akademi” adını daşımağa başlamışdı. Şirkətin keçmiş əməkdaşı Nikolas Slatten İraqdakı qətliamdan sonra 2018-ci ilin dekabr ayında qəsdən adam öldürmək ittihamı ilə 11 illik həbs cəzasına məhkum edilmişdi. Hadisə başda İraq və ABŞ olmaqla dünya miqyasında hiddət doğurmuş və firma ilə müqavilə bağlamış ABŞ XİN-ə etirazlar yağdırılmışdı.