İstanbulda FETÖ üzvlərinə qarşı daha bir əməliyyat - XEYLİ SAXLANILAN VAR

Baxış sayı:
858

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinənlərin saxlanılması istiqamətində əməliyyatlar davam edir. Bu istiqamətdə daha bir genişmiqyaslı əməliyyat İstanbulda keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 27 ünvanda paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqə saxlamaqda şübhəli bilinən 33 nəfərin böyük əksəriyyəti saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.