İsrailin baş prokuroru Netanyahuya meydan oxuyur

Baxış sayı:
6802

İsrailin “Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, İsrailin baş prokuru Mandelblit, Netanyahunun vəkilinə yazılı olaraq verdiyi cavabda, "Baş nazirlə bağlı araşdırmaların erkən seçki qərarı alınmadan əvvəl başladığını və planlaşdırıldığı şəkildə davam etdiyini" bildirib.
 
 Mandelblit Netanyahuya xitabən, "Səninlə bağlı məsələlərdə bu dövrdə (seçki öncəsi) qərar qəbul edilməsinə mane olmayacağam" deyə cavabda ifadə edib.
Mandelblit Netanyahunun vəkilinin tələbinə görə, gələn həftə onunla bir görüş keçirəcəyini qeyd edib.
Qeyd edək ki, baş nazir Binyamin Netanyahu rəhbərliyindəki koalisiya partiyalarının sədrləri 25 dekabrda erkən seçki qərarı vermişdi.
Haqqındakı 4 ayrı korrupsiya araşdırması çərçivəsində ən az 10 dəfə ifadə verən Netanyahuya, "İş adamlarından bahalı hədiyyələr aldığı, “Yedioth Ahronoth”-un sahibi və naşiri Arnon Moses ilə öz xeyrinə yazıların dərc edilməsi üçün bazarlıq etdiyi, Almaniyadan alınan sualtı gəmilərdə adının korrupsiyaya qarışdığı və özü ilə ailəsi xeyrinə xəbərlərə yer verilməsi qarşılığında “Bezeq” şirkətinə 276 milyon dollar dəyərində maliyyə güzəşti təmin olunduğu" ittihamları yönəldilir.
Müxalifət.az