İsraildən SENSASİON XƏBƏRDARLIQ: Oranı işğal edəcəyik

Baxış sayı:
7819

İsrailin Baş naziri Binyamin Netanyahu işğal altındakı Qərbi Şəriədə qeyri-qanuni salınmış Əl-Xəlil yəhudi qəsəbələrini İsrailə birləşdirəcəyini vəd edib.

Baş nazir bu barədə İsrail radiosuna verdiyi müsahibədə danışıb.

Onun bu açıqlamanı seçkilərdən əvvəl iqtidar tərəfdarlarının səsini qazanmaq məqsədilə verməsi kimi şərh olunur.

Qeyd edək ki, Netanyahu sentyabrın 4-də ƏL-Xəlilə səfər etmiş və oradakı çıxışında heç kimi qəsəbədən çıxarmayacağını demişdi.

Əl-Xəlildəki Köhnə Şəhər bölgəsində 4000-ə yaxın yəhudi yaşayır. Onlar 1500 İsrail əsgəri tərəfindən mühafizə olunur.