İRANIN SURİYADAKI QÜVVƏLƏRİ MƏHV EDİLDİ - Pentaqondan açıqlama

Baxış sayı:
1322

“ABŞ Silahlı Qüvvələr prezident Co Baydenin göstərişi ilə Suriyanın şərqində İran tərəfdarı olan qrupların hədəflərinə hava zərbələri endirib”.

Bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbin TASS-a açıqlamasında bildirib.

Pentaqon təmsilçisi əlavə edib ki, bu hücum İraqdakı ABŞ və və koalisiyaya qüvvələrinə məxsus obyektlərə bir neçə gün əvvəl edilən zərbələrin cavabı idi: “Hava zərbələr nəticəsində “Kataib Hizbullah” və “Kataib Seyyid aş-Şuhad” da daxil olmaqla, sözügedən qruplaşmaların çoxsaylı obyektləri məhv edilib”.