İrandan ABŞ-a misli ilə cavab: ABŞ ordusunu...

Baxış sayı:
10429

 İran Milli Təhlükəsizlik Ali Şurası İnqilab Mühafizəçiləri Ordusunun xarici terror təşkilatları siyahısına daxil edilməsinə qarşılıq ABŞ Mərkəz Qüvvələrini (CENTCOM) terror təşkilatları siyahısına aldığını bildirib.
 
İran Milli Təhlükəsizlik Şurasından edilən yazılı açıqlamada, ABŞ hökuməti "terrorizmin dəstəkçisi" kimi səciyyələndirilib, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) və onunla əlaqəli güclərin terror təşkilatları siyahısına alındığı bildirilib.
Açıqlamada bu ifadələrə yer verilib:
"Bu əsassız qərar regional və qlobal təhlükəsizlik ilə sülh üçün təhlükəlidir. Həmçinin beynəlxalq hüquq ilə BMT qərarlarının da pozuntusudur. İnqilan Mühafizəçiləri Ordusu regiondakı müttəfiqləri ilə birlikdə Əl-Qaidə, İŞİD, Nusra və digər terror təşkilatlarına qarşı mübarizə aparmışdır".
 
İLK HƏMLƏ ABŞ-dan GƏLDİ
 
 ABŞ prezidenti Donald Tramp qısa müddət öncə İran İnqilab Mühafizəçiləri Ordusunun ABŞ-ın xarici terror təşkilatları siyahısına əlavə olunduğunu bildirib.
Ağ Evdən Tramp adına edilən yazılı açıqlamada, "İnqilab Keşikçiləri Ordusu İran hökumətinin qlobal terrorizm kampaniyasını istiqamətləndirmə və tətbiqi mövzusundakı əsas vasitəsidir" İfadələrinə yer verilib.
Vaşinqton rəhbərliyi bu ana qədər İnqilab Mühafizəçiləri Ordusu ilə əlaqəli onlarla insan və təşkilatı terror siyahısına daxil etmişdi, ancaq ordunun hamısını əhatə edən bir qərar almamışdı.
 Müxalifət.az