İran XİN rəhbəri Boltonu məsqərəyə qoydu

Baxış sayı:
6502

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltonun İrana hərbi hücum çağırışlarını son günlər sosial mediada sürətli bir şəkildə yayılan 10 illik dəyişiklik axını olaraq lağa qoyub.
 
 Zərif Twitter hesabında, son günlərin populyar axını "10 year challenge" etiketi hər ikisi də Boltonun İrana hücum çağırışı etdiyini göstərən 2009 və 2019-dakı iki xəbərin ekran görüntülərini bölüşüb.
Zərif paylaşdığı bölgüsünə "Eyni mənasız sözlər. Eyni kobudluq. Eyni dəlilik" sözlərini əlavə edib.
Qeyd edək ki, ABŞ-ın “Wall Street Journal” qəzetinin xəbərində, sentyabr ayında ABŞ-ın Bağdad Ssfirliyinə qarşı hücumdan sonra Milli Təhlükəsizlik müşaviri Con Boltonun rəhbərliyindəki Milli Təhlükəsizlik Şurasının İranı vurmaq məsələsini müzakirə etdiyi, Pentaqondan da bu məsələdə hərbi plan tələb etdiyi irəli sürülmüşdü.
Sosial media istifadəçiləri "10 year challenge" başlığını istifadə edərək, 10 il əvvəlki və bu günə aid fotolarını yan-yana qoyaraq izləyicilərlə bölüşüb.
Müxalifət.az