İran Ceyson Rzaiyana 180 milyon dollar təzminat ödəməyə məhkum edilib

Baxış sayı:
3312

Amerikanın Federal Məhkəmələrindən biri İranı Ceyson Rzaiyana 180 milyon dollar ödəməyə məhkum edilib. Qərara əsasən, rəsmi Tehran jurnalist kimi fəaliyyət göstərən Rzaiyan və xanımını həbs etməklə, ona və ailəsinə vurduğu mənəvi zərərlərə görə təzminat ödəməlidir. “Amerika Birləşmiş Ştatları ilə aparılan müzakirələrə təsir göstərmək üçün 1 insanı əsir götürmək və ona işgəncə vermək rüsvayçılıqdır. Belə mexanizmi tətbiq edənlər cəzalandırılmalı və onların bu addımlarının qarşısının alınması üçün tədbirlər görülməlidir”, - deyə məhkəmə qərarında vurğulanır. Bu məbləğdən 24 milyonu Ceyson Rzaiyanın özünə, 3 milyonu anasına, 3 milyonu qardaşına və 150 milyon dolları ümumi olaraq ailəyə verilməlidir. Qərarda qeyd edilir ki, Rzaiyan həbsxanada olan dövrdə tibbi xidmətdən məhrum edilib, edamla təhdid edilib, eləcə də digər psixoloji təzyiq və işgəncələrə məruz qalıb. Xatırladaq ki, İran əsilli amerikalı Ceyson Rzaiyan İranda jurnalist kimi fəaliyyət göstərdiyi zaman, 2014-cü ilin iyul ayının 22-də, Tehranda yerləşən mənzilində xanımı Yeganə Salehi ilə birlikdə saxlanılıb, Evin həbsxanasında aparılmışdı. Xanım Salehi 2 ay yarımdan sonra azadlığa buraxılsa da, Rzaiyan “casusluq” və “milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamları ilə həbsdə saxlanılmışdı. Jurnalist 2015-ci ildə rəsmi Tehranla 5+1 ölkələri arasında nüvə razılaşmasının imzalanmasında 2 gün sonra Amerikada məhkumluq həyatı yaşayan bir neçə İran əsilli şəxsin sərbəst buraxılması qarşısında 18 aydan sonra azadlığa qovuşmuşdu. Ceyson Rzaiyan qanunsuz həbsi, habelə ona dəymiş mənəvi və fiziki zərərlərə görə, 2018-ci ildə İrandan Vaşinqton məhkəməsinə şikayət etmişdi. Yanvar ayında məhkəmə iclaslarının keçirilməsinə rəğmən, rəsmi Tehran hələ ki, onun bu şikayətinə münasibət bildirməyib./Gunaz.tv