İngiltərə ehtiyat hərbçiləri xidmətə çağırdı

Baxış sayı:
6139

 İngiltərənin Müdafiə Nazirliyinin İngilis Parlamentinə verdiyi məlumata görə,  müqaviləsiz “Brexit” ssenarisinə hazırlıq çərçivəsində ölkədəki ehtiyat əsgərlər 10 fevral etibarilə hərbi xidmətə çağırılıb.
 
Qərara əsas olaraq, "Aİ-dən müqaviləsiz ayrılığın, İngiltərə vətəndaşlarının rifahı, sağlamlığı və təhlükəsizliyi ilə İngiltərənin iqtisadi sabitliyi üzərində yaradacağı təsirləri azaltmaqda hökumətə yardım etmək" kimi göstərilib.
Ehtiyat əsgərlərin 9 fevral 2020-yə qədər hərbi xidmətdə tutulacağı qeyd edilərkən, neçə əsgərin hərbi xidmətə çağrılacağı ilə bağlı məlumat verilməyib.
 
EHTİYATDA OLAN ƏSGƏRLƏRİN XİDMƏTƏ ÇAĞIRILMASI TƏƏCCÜBLÜDÜR
 
Qərarla bağlı münasibət bildirən Fəhlə Partiyasının deputatı İan Murray, “Ehtiyatda olan əsgərlərin xidmətə çağırılması müqaviləsiz “Brexit”in nə qədər ciddi bir təhdid olduğunu göstərir. Hökumətin öz əli ilə yol açdığı bir konstitusion böhran səbəbindən ehtiyat əsgərlərin xidmətə çağırması heyrət vericidir" deyib.
Müxalifət.az