İlham Əliyev Elşad Mirbəşiroğluna YÜKSƏK VƏZİFƏ VERDİ

Baxış sayı:
7123

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib. Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri millət vəkili Zahid Orucdur. Muxalifet.az