HƏRBÇİMİZ MİNAYA DÜŞDÜ - Ayağı amputasiyası edildi / YENİLƏNİB

Baxış sayı:
1687

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb: "O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib. Hazırda vəziyyəti stabildir".

***14:56

Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

*** 12:53

Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma başlayıb.

***12:26

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Qafqaz.media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.