​Həkimlər qadının qolundan ona yeni dil tikdilər

Baxış sayı:
9846

Dil xərçəngindən əziyyət çəkən qadın əməliyyat olunub.
Britaniyada yaşayan Rebecca Patterson-a süni dil qoyulub. Həkimlər onun qolundakı ət parçasından Rebecca üçün dil tikiblər.
Uşaqlıqdan dilində ləkələr əmələ gələn Rebbecca xərçəng xəstəliyinə tutulduğunu ötən ilin aprel ayında öyrənib. O, xərçəng xəstəsi olduğunu öyrənən zaman nişanlı olub.
Həkimlər əməliyyat zamanı qadının iki dişini çıxardıb, boynuna tikiş qoyublar.
"Mən oyananda qolumda və boynumda tikiş izləri var idi", - deyə Rebecca əməliyyatdan sonra söyləyib.
Qeyd edək ki, Rebecca hazırda ailəlidir.