​Həbib niyə revanş döyüşü istəmir?

Baxış sayı:
6136

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmir.
Sportnet.az-ın məlumatına görə, bunu 31 yaşlı rusiyalı idmançı bildirib.
O deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: “Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.
Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.