Hakimiyyət yarım il sonra devriləcək – Sabiq baş nazirdən ŞOK PROQNOZ

Baxış sayı:
3982

Yarım il ərzində Ukraynanı hakimiyyət dəyişikliyi gözləyir.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin sabiq baş naziri Nikolay Azarov özünün Feysbuk səhifəsində bildirib.
Onun sözlərinə görə, Kiyevdəki siyasətçilər və məmurlar da bunu anladıqları üçün müxtəlif şoular təşkil edirlər.
“Bu cinayətkar dəstənin çox vaxtı qalmayıb. Artıq yarım il sonra onlar olmayacaq”, - Azarov qeyd edib.
Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyi olub. Meydan hadisələnin nəticəsi olaraq hakimiyyətdən devrilən prezident Viktor Yanukoviç və Azarov Rusiyaya qaçıblar.