Hacı Muradın nəşi Dağıstana aparılıbmı? - VİDEO

Baxış sayı:
2161

Bəzi iddialara görə, Rusiya hökuməti Azərbaycan hökumətindən Hacı Muradın nəşini istəyib. Azərbaycan tərəfi isə bununla razılaşıb. 2019-cu ilin yayında bəzi Dağıstan saytları yazdı ki, Hacı Muradın nəşi Azərbaycandan çıxarılaraq onun doğma Xunzaq kəndində dəfn olunub. Lakin bütün bunlar iddialardır. Qaxın Tanqıt kəndinin sakinləri Hacı Muradın nəşinin məzarından çıxarılıb aparıldığına inanır və bundan təəssüfləndiklərini bildirirlər. Əslən avar olan Hacı Muradın həyatı çox mübahisəlidir. Rusiya imperiyasına qarşı vuruşmuş qəhrəmanı Hacı Murad haqqında əfsanələr dolaşır. Tanınmış rus yazıçısı Lev Tolstoy onun haqqında roman yazıb - kitab ilk dəfə 1912-ci ildə çap edilib.