"Gürcüstan vətəndaşları artıq Avropa demokratiyasında yaşayırlar" - İVANİŞVİLİ

Baxış sayı:
2762

Gürcüstan vətəndaşları artıq Avropa demokratiyasında yaşayırlar. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvili Tbilisidə partiyasının təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib. “Bu gün bəziləri kinayə ilə mənim “Biz möhtəşəm demokratiya yaradacağıq” sözlərimi xatırladırlar. Əslində biz artıq Avropa demokratiyasında yaşayırıq”, - deyə o bildirib. İvanişvili Gürcüstanın Avropaya geri qayıtmalı olduğunu deyib: “Avropa ilk növbədə antik Yunanıstanda yaranan demokratiya, ədalət haqqı və xristian ruhudur. Avropa tolerantlıq və müxtəliflikdir. Biz əsrlərlə bu dəyərlərlə yaşayırıq və cəsarətlə bəyan edirik ki, biz avropalıyıq. Gürcüstan təkcə Avropaya qayıtmamalı, həmçinin Avropa kəhkəşanında parlaq yerini tutmalıdır. Mən buna inanıram, çünki gürcü xalqı, gürcü dövləti və gürcü kilsəsi bu seçimdə birgədir”.