Gürcüstan prezidentinin oğlu Yelisey sarayında işlə təmin olunub

Baxış sayı:
8239

Gürcüstan prezidenti Salome Zurabişvilini oğlu Fransa vətəndaşı, diplomatı Teymuraz Gürcüstani Yelisey sarayında diplomatik bölmədə işə başlayıb. “Report” xəbər verir ki, məlumatı “Sputnik Qruziya” yayıb. Bildirilib ki, Gürcüstani anasının yolu ilə gedərək diplomat olub. O, son illər Fransanın BMT-də yanındakı nümayəndəliyində işləyib. Yelisey sarayında Teymuraz Gürcüstani Asiya, Şimali və Latın Amerikası məsələləri üzrə çalışacaq. O, Salome Zurabaşvilinin birinci, İran əsilli gürcü ərindən olan oğludur. Gürcüstan prezidentinin qızı Ketevan isə Fransada jurnalistika ilə məşğuldur.