Gürcüstan müxalifəti parlamenti tam bloklayıb - Deputatlar içəri buraxılmır - FOTOLAR

Baxış sayı:
484

Tbilisidə davam edən kütləvi etiraz aksiyasında parlament binasının bloklanmasına başlanılıb.

Muxalifet.az xəbər verir ki, parlamentin bütün darvazaları qıfıllanmaqla yanaşı, binaya giriş qapılarının qarşısında çadırlar qurulub.

Aksiyaçılar bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

Parlament binasının bloklanmasını şərh edən vitse-spiker Gia Volski bunun qanuna və dövlətin maraqlarına zidd olduğunu deyib: "Buna yol verilməməlidir və bu, cəmiyyətin tələbidir".

G.Volski müxalifətin tələblərini Konstitusiyaya zidd adlandırıb. /report