Gürcüstan hökumətinin yeni tərkibi müəyyənləşdi

Baxış sayı:
1025

Gürcüstan hökumətinin yeni tərkibi və proqramı ölkə parlamentinə bu gün təqdim olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, sənədlə bağlı qanunverici orqanın büro iclasında müzakirələr aparılacaq.

Toplantıda hökumətə etimad göstərilməsi ilə bağlı prosedur barədə qərar qəbul olunacaq.

Parlament Nazirlər Kabinetinə iki həftə müddətində etimad göstərməli olsa da, prosesin ən qısa vaxt ərzində baş tutacağı gözlənilir.

Yeni hökumətə etimad üçün ən azı 76 deputatın dəstəyi tələb olunur.

Qeyd edək ki, ötən gün Baş nazir Giorgi Qaxariya istefa verib. Hakim Gürcü Arzusu Partiyası müdafiə naziri İrakli Qaribaşvilini baş nazir vəzifəsinə namizəd irəli sürüb. 39 yaşlı siyasətçi 2013-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər hökumət başçısı olub. O, Gürcüstan tarixinə ən gənc baş nazir kimi düşüb.