​Gəncədə iki aptekdə əməliyyat: Narkotik tərkibli dərmanlar aşkarlandı

Baxış sayı:
2971

Gəncə şəhərində narkotik tərkibli dərmanların aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış keçirilib.
Baxış zamanı aptekdən psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” aşkar edilib.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarədi və idarənin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” aşkar edilərək götürülüb.